Azərbaycanda yaz fəsli olmayacaq? .....                     ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb .....                     Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... .....                     "Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda heyfsilənirəm" .....                     NHMT sədri AzəriQaz şefinə SƏSLƏNDİ .....                     "Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik" .....                     Hər addımda problem yaradırlar... .....                     Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... .....                     Almaniyada SABİRANƏ İSTƏK... .....                     "Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." .....                     ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb .....                     Direktor məktəbi şəxsi təsərrüfatına çevirib .....                     Həmkarların sanatoriyalarında nə baş verir? .....                     SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır .....                     “Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” .....                     Bazarlarda niyə yerli mal tapılmır? .....                     10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... .....                     "Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" .....                     Ermənistanda seçki mübarizəsi... .....                     Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? .....                     Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq .....                     Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır .....                     Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı .....                     “Ona bir şey olsa, yaşamaram” .....                     ABŞ Hörmüz boğazında blokadanı davam etdirir .....                     Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ .....                     ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir .....                     Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir .....                     FHN “Aypara sarayı”nın istismarına icazə verdi .....                     “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… .....                     Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək .....                     Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi .....                     “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb .....                     AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub .....                     Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi .....                     Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi .....                     "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" .....                     2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb .....                     Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... .....                     Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır .....                 

“Ola bilsin ki, növbəti “2 aprel” baş versin”
Tarix: 16-09-2016, 09:08 | Çap et
“Ola bilsin ki, növbəti “2 aprel” baş versin”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev “Yeni Müsavat”ın “Bizim qonaq” rubrikasında referendum, Dağlıq Qarabağ və gündəmin digər ən aktual mövzuları ilə bağlı sualları cavablandırıb. Qüdrət Həsənquliyevin olduqca maraqlı açıqlamalarla zəngin müsahibəsinin ikinci hissəsini təqdim edirik.

(əvvəli ötən sayımızda)

- Qüdrət bəy, Zərdüşt Əlizadədən sitat gətirib dediniz ki, Milli Şuradakılar hakimiyyət naminə şeytanla da əməkdaşlığa hazırdırlar. Amma Müsavat Partiyası ilə əməkdaşlığa getmirlər. Müsavat onlarla əməkdaşlığa təşəbbüs göstərdi, mitinqə adamlarını göndərdi, normal qarşılıq verilmədi. Hər dəfə olduğu kimi, yenə də iki böyük təşkilatın birliyinin yaranmaq şansını Əli Kərimi vurub dağıtdı. Sizcə, bunun kökündə nə dayanır?

- Elə məsələlər var ki, mənim, sizin, Müsavat üzvünün, yaxud adi bir vətəndaşın aydın olan bu məsələyə aydınlıq gətirməyinə ehtiyac yoxdur. Müsavat Partiyasının mitinqindən bir gün əvvələ-sentyabrın 17-nə Milli Şuranın mitinq təyin eləməsi Əli Kərimlinin daxili aləminin, bu insanın beynindən keçənlərin güzgü kimi ortaya qoyulmasıdır. Hətta Əli Kərimlinin bəzi tərəfdarları belə, bu qərara görə onu tənqid edir. Əli Kərimli birlik əleyhinə olmasaydı 11 sentyabr mitinqində və ya ondan sonra çağırış edərdi ki, 18 sentyabra da Müsavat bu meydana mitinq təyin edib, gəlin, həmin mitinqə... Bunu etmək əvəzinə Müsavatın mitinqindən bir gün əvvələ mitinq təyin etdi. Bu çirkinliyi Azərbaycan xalqı gördü. Əslində Milli Şuranın mitinqinə qatılmaq üçün tərəfdarlarına çağırış edən bir sıra siyasətçilər də Əli Kərimliyə sərt münasibəti olan adamlardır. Məsələn, Rəsul Quliyev insanlara çağırış etdi ki, çıxın mitinqə, mitinqi kimin çağırmasına əhəmiyyət verməyin. Elə insanlar var ki, onlar üçün əsas odur ara qarışsın-məzhəb itsin, bu vəziyyətdə görsünlər nə edə bilərlər... Yəni bu cür düşüncə ilə mitinqə qatılanlar da var. Çox təəssüf ki, insanlar əllərində olanları itirəndən sonra onun qədrini-qiymətini dərk edirlər. Ortada nümunələr var. Bir zamanlar İraqda Səddam Hüseynin heykəlini kuvaltla (bizim kənddə ona guppum deyirlər) dağıdan adam bu yaxınlarda çıxıb dedi ki, imkanım olsa o abidəni bərpa edərəm. Dedi ki, Səddam mənim ailəmdən 15 adamı güllələtmişdi, amma bu gün mənim bütün millətim, dövlətim məhv olub gedir... İndi Azərbaycanda keçirilən bu mitinqlərə çox müxtəlif əqidə sahibləri qatılıblar. Bu prosesin təhlükəsi ondadır ki, mitinqi çağıran adamlar bu prosesi, aşağıdakı kütləni idarə eləyə bilməyəcək. Ona görə ki, oraya gələn insanların bir çoxu onların tərəfdarları deyil. Proses genişlənəndə Əli Kərimli Hacı Talehin, Rəsul Quliyevin tərəfdarlarını idarə edə bilməyəcək. Rəsul Quliyev özü ona gicbəsər kimi baxır və bunu dəfələrlə bəyan edib. Sözüm ondadır ki, siz təsəvvür edin, hərəsi ayrı-ayrı yöndə olan qüvvələri idarə edə bilməməyin üzündən ölkədə sabitlik pozular, ölkə çox arzuolunmaz vəziyyətə gəlib çıxa bilər. Amma yenə də deyirəm ki, hakimiyyətin mitinqlərə icazə verməsi, mitinqlərin qanunlar çərçivəsində, qarşıdurmasız keçirilməsinə şərait yaradılması düzgün addımdır.

- Nəzəri cəhətdən mitinqə 7 min yox, 70 min adam da yığışa bilərdi...

- Yığışsın, ancaq o şərtlə ki, qanunlara əməl ediləcək. Zorakılıqla hakimiyyətin dəyişdirilməsinə cəhd olacaqsa, o halda dövlətin güc strukturları bunun qarşısını alacaq.

- Referendum faktoruna diqqət həm də onunla ifadə olunur ki, o, Azərbaycan Konstitusiyasına yeni təsisatlar gətirir, yeni idarəetmə rıçaqları yaradır. Siz hüquqşünassınız. Vitse-prezidentlik institutlarının yaradılması və prezidentlik müddətinin 7 ilə qaldırılması Azərbaycana lazım idimi? Konstitusiyaya məlum dəyişikliklər referendumda həyata keçiriləndən sonra növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün konstitusion tələb yaranırmı?

- Konstitusiya qüvvəyə mindikdən sonra prezidentin birinci vitse-prezident və vitse-prezident təyin etməsi məcburidir. Prezident bunu eləməlidir. Lakin konstitusiya dəyişikliyindən sonra prezident dərhal 7 illik səlahiyyət müddəti əldə etmir. Ona görə ki, prezident 2013-cü ildə Azərbaycan xalqı tərəfindən beş illiyə mandat alıb. Bu mandatın müddəti 2018-ci il prezident seçkilərinə qədərdir. Növbəti prezident seçkilərindən sonra prezidentlik müddəti 7 il olacaq. Lakin referendumdan sonra prezidentin səlahiyyəti olacaq ki, növbədənkənar prezident seçkisi təyin eləsin. Prezident bu səlahiyyətdən istifadə edə də bilər, etməyə də.

- Məlumat və təhlilləriniz necədir, növbədənkənar prezident seçkiləri keçiriləcəkmi? Hazırkı şərtlər buna uyğunmu?

- Məlumatım yoxdur. İntuisiya və proseslərin təhlilinə əsasən fikirlər bildirmək mümkündür. Mənim qiymətləndirməmə görə, növbədənkənar prezident seçkilərinin keçirilməsi ehtimalı böyükdür, nəinki 2018-ci ili gözləmək. Hesab edirəm ki, həm Azərbaycandakı, həm də beynəlxalq baxımdan şərait buna imkan verir. Şərtlər uyğundur.

- Növbədənkənar parlament seçkilərinin də keçirilməsi ehtimalı varmı?

- Buna gediləcəyini düşünmürəm. Parlamenti buraxmaq üçün gərək hüquqi əsaslar da olsun. İndiki parlamentdə çoxluq birmənalı şəkildə iqtidarın tərəfindədir. Ona görə də hansı bir əsas olacaq ki, parlamenti buraxmaq üçün? Parlament prezidentin hansısa təyinatına iki dəfə ard-arda yox deyəcəksə, Nazirlər Kabinetinin hesabatını parlament qəbul etməyəcəksə, bu halda parlament buraxıla bilər. Belə bir şeyin olması isə inandırıcı görünmür.

- Parlamentin bir üzvü kimi növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyərsinizmi?

- Əlbəttə. Hətta mən istərdim ki, parlament üzvlərinin sayı artırılsın. 125 deputat Azərbaycan üçün azdır. Cənubi Qafqazda yeganə ölkəyik parlamentimizdə fraksiya yoxdur. İstərdim ki, Azərbaycan parlamentində də fraksiya olsun, parlamentimiz dünyada daha yaxşı görünsün.

- Amma hakimiyyət parlamentin rolunu azaldır...

- Mərkəzi Bankın İdarə Heyətinin üzvlərini parlament iki dəfə təsdiq eləmirsə, prezident parlamenti buraxa bilər. Nazirlər Kabinetinin hesabatını parlament qəbul eləmirsə, prezident parlamenti buraxa bilər. O halda bu məsələləri parlamentə çıxarmağın, göndərməyin nə mənası var? Yaxşı olar ki, heç parlamentdə təsdiq olmadan prezident özü birbaşa təyin və təsdiq eləsin. Əgər bir deputat kimi bilirəmsə ki, mən buna yox desəm prezident parlamenti buraxacaq və mən də deputat mandatımı itirəcəyəm, yenidən seçkiyə qatılmalı olacağam, əlbəttə “yox” deməyəcəm. Elə məsələlər var ki, ona yenidən baxılmalıdır. Təəssüf ki, Referendum Aktı Milli Məclisdə müzakirəyə çıxarılmadı və birbaşa səsverməyə göndərildi. Müzakirəyə çıxarılsaydı təkliflərimizi verəcəkdik.

- Qərb niyə referendum məsələsinə qarşı kəskin mövqe ortaya qoymadı. Azərbaycanda özlərinə demokratlar deyən düşərgə çox məyusdur ki, demokratiya paytaxtları bu məsələyə qarşı çıxmadılar? Səbəb nədir?

- Qərbin özündə də müəyyən qüvvələr var ki, onlar Azərbaycanın hansı mürəkkəb coğrafiyada yerləşdiyini başa düşürlər. Düşünürlər ki, Azərbaycan üçün önəmli olan demokratik dəyərlərin genişləndirilməsindən daha çox bu ölkədə sabitliyi qoruyub saxlamaqdır. Amma Qərbdə elə qüvvələr də var ki, istəyirlər Azərbaycanı daim tənqid etmək üçün əllərində əsasları olsun. Düşünürlər ki, konstitusiya dəyişiklikləri də həmin əsaslardan biri ola bilər. İkincisi, müəyyən qüvvələr var, onlar düşünürlər ki, prezident institutu daha çox gücləndikcə prezidentə daha çox təzyiq etmək imkanları yaranacaq.

- Siz vitse-prezidentin kim olması ilə bağlı adlar çəkənlərdən ilk şəxssiniz. Bu da intuisiyadan doğurdu, yoxsa məlumata əsaslanırdı?

- Heç bir məlumata əsaslanmırdı. Biz peşəkar siyasətlə uzun illərdir məşğul olan adamlarıq. Baxırıq prezidentin komandası uzun illərdir gözümüzün önündədir. Kimlər prezidentə daha çox sadiqdirlər, kimlər bacarıqlıdırlar, kimlərin təcrübəsi var, hamısını görürük. Mən də adlar çəkəndə prezidentə sadiqlik, işgüzarlıq və təcrübə prinsipini əsas götürmüşdüm. O zaman söyləmişdim ki, bu adamların içərisindən kiminsə birinci vitse-prezident təyin olunması ehtimalı böyükdür. Amma orada da vurğulamışdım ki, hər şey prezidentin iradəsindən asılıdır, elə ola bilər ki, bizim, heç kimin tanımadığı bir adam vitse-prezident gətirilə bilər. Amma düşünürəm ki, vitse-prezidentlik institutu o qədər əhəmiyyətlidir ki, proseslərin içində olmayan, təcrübəsi olmayan, böyük siyasətdə olmayan adamın həmin posta gətirilməsi az ağlabatandır. Amma siyasətdə hər şey mümkündür.

- Yeni prezident seçkiləri olacaqsa, namizədliyinizi verəcəksiniz?

- Vəziyyətdən asılı olaraq qərar verəcəyəm. İndidən dəqiq nəsə söyləmək tezdir. Bizim partiyanın mövqeyi həmişə belə olub ki, hər zaman seçkilərə qatılmaq lazımdır. Seçkilərə qatılmaq partiyanın ideyalarını ictimaiyyətə çatdırmaq üçün əlavə bir imkandır. Hətta seçkilərdə qalib gəlmək şansın azdırsa da seçki prosesindən kənarda qalmaq yanlışdır. Siyasi partiya, siyasətçi siyasi proseslərin içində olmalıdır. Ən güclü rəqibin olsa da seçkilərə qatılmalısan.

- İddialar var ki, referendumdan sonra prezident idarəetmə strukturlarını yeniləyib, gücləndirib açılımlara, islahatlara gedəcək. Bunun tam əksini də iddia edənlər var, deyirlər ki, referendumdan sonra iqtidar daha da sərtləşəcək, repressiyalar başlayacaq, monarxiya yaranacaq. Sizin düşüncəniz nədir?

- Müəyyən tələblərlə çıxış eləyəndə gərək xalqının inkişaf səviyyəsini nəzərə alasan. BMT hər il araşdırmalar aparıb hər bir ölkənin sosial inkişaf indeksini müəyyənləşdirir. Azərbaycan, səhv etmirəmsə, 74-76-cı yerləri tutur. Sosial inkişaf həmin ölkənin təhsilini, səhiyyəsini, mədəniyyətini, iqtisadiyyatını nəzərdə tutur. Əlbəttə, bizim xalqın bu gün potensialı Qərb standartlarına cavab verən ölkə qurmağa yetərli olmasa da, o səviyyədən də aşağı deyil ki, burada krallıq qurmaq mümkün olsun.

Ona görə də bu monarxiya, krallıq söhbəti boş söhbətdir. Açılıma, islahatlara gəlincə, radikal islahatların aparılmasının tərəfdarıyam. Parlamentdə çıxışlarımda dəfələrlə məsələ qaldırmışam ki, Azərbaycanın neft gəlirlərindən asılılığını azaltmaq lazımdır, ölkədə ciddi islahatlar həyata keçirilməlidir, özəlləşdirilmə həyata keçirilməlidir. Məsələn, səhiyyə obyektləri, universitetlərin əksəriyyəti özəlləşdirməyə çıxarılmalıdır, icbari tibbi sığortaya keçilməlidir. İqtisadi azadlıqlar genişləndirilməlidir. Bax, indi korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Amma bu gün gedib bir rayonda antisanitariya mənbəyi olan, mazutlu-gölməçəli bir yeri götürmək və abadlaşdırıb nə isə tikmək istəsən həmin yeri pulsuz almaq mümkün olmayacaq. Pul verməkdən başqa da gərək oranın icra başçısına kimlərsə beş dəfə xahiş etsin ki, razılaş. Mən bütün icra başçılarını qaralamaq istəmirəm, amma demək istəyirəm ki, bu cür problemlər hələ də var. Mənzillərin tikilməsi üçün sərəncam vermək hüququ Bakı Şəhər İcra Hakimiyyətindən alındı rayon icra hakimiyyətlərinə verildi.

Rüşvətin BŞİH, yoxsa rayon icra hakimiyyəti tərəfindən alınmasının nə fərqi var? Heç nə. Problem yenə də qalır. Ona görə də deyirəm ki, köklü radikal islahat addımları atılmalıdır. Tədricən də siyasi islahatlar aparılmalıdır. Əminəm ki, Qarabağ problemi ilə bağlı sülh sazişi imzalanandan sonra Azərbaycanın parlamentli respublika modelinə keçməkdən başqa yolu qalmayacaq. Gürcüstan artıq bu modelə keçib. Ermənistanda da artıq parlamentli respublika modelinə keçilir. 2017-ci ilin yazında parlament seçkilərində qalib gələn partiya hökuməti formalaşdıracaq. Bu isə indi də olmasa, gələcəkdə Ermənistanın da demokratikləşməsinə yol açacaq. Əminəm ki, Qarabağ problemi həll olunandan sonra Azərbaycanda siyasi islahatların sonu kimi parlamentli respublika modelinə keçəcəyik. Biz 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyətinin hüquqi varisiyik. O zaman da öndərlərimiz Xalq Cümhuriyyətini parlamentli respublika kimi qurmuşdular.

- Qarabağ probleminin həlli ilə bağlı sazişə, sizcə, nə qədər qalıb? Qarabağla bağlı hazırkı vəziyyət nə yerdədir?

- Bu ilin 2 aprel savaşından sonra Ermənistan sarsıdıcı zərbə alıb. 2 apreldən sonra Ermənistandakı əhalinin bir hissəsi soyuq başla düşünməyə başlayıb. Onların havadarları da düşünməyə başlayıb ki, Qarabağ probleminin dondurulmuş saxlanılması artıq mümkün deyil, bu, böyük bir müharibəyə yol aça bilər. Əvvəllər Qərbin və Rusiyanın yanaşması belə idi ki, bu konfliktin qalması onların hər iki ölkəyə təsir imkanlarını əlində saxlamağa şərait yaradır.

Amma indi görəndə ki, Azərbaycan əvvəlki status-kvo ilə barışmır, deməli, Ermənistanı güzəştlərə vadar eləməlidirlər ki, problem sülh yolu ilə həll olunsun. Rusiya da istəyir ki, yaranmış vəziyyətdə təşəbbüsü öz əlinə alsın. Bu da Qərbi qıcıqlandırır. Qərb istəyir ki, bu konflikt Ermənistanın xeyrinə həll olunsun. Ona görə ki, birincisi, xristian həmrəyliyi faktoru var, ikincisi, ABŞ-da və Fransa da çox güclü erməni lobbisi var. Bu lobbi həmin ölkələrdə istənilən hakimiyyət üçün ciddi problemlər yarada bilir.

Qərb istəyirdi ki, Qarabağ məsələsini Rusiyanın əli ilə Ermənistanın xeyrinə həll eləsin. Rusiya da bunu başa düşdüyü üçün buna getmir. Konflikt qaldıqca onsuz da Rusiya hər iki ölkəyə təsir edir. Moskva bilir ki, Ermənistanın xeyrinə sülh sazişi imzalatsa Azərbaycanı tamamilə itirəcək, Azərbaycan tamamilə Qərbə yönələcək. Beləliklə, Qərb iki istəyinə çatır - Qarabağ Ermənistana verilir, Azərbaycan Rusiyadan tamamilə üz döndərir, şimal qonşusu ilə düşmən olur və Qərbə sığınmaqdan başqa yolu qalmır.

Rusiya da bunu bildiyi üçün Qarabağı de-yure Ermənistana alıb vermir. Vəziyyət bu şəkildə qalırdı. 2 apreldən sonra Azərbaycan bu reallığı dəyişib və onlar Azərbaycan faktoru ilə hesablaşmaq zorundadırlar. Azərbaycan Ermənistana və həmsədr ölkələrə təzyiqi bir az da artırmalıdır. Ermənistana açıq mesaj verilməlidir ki, müharibə istəmirsinizsə, problem beynəlxalq hüquq çərçivəsində həllini tapmalıdır. Ona görə də, ola bilsin ki, növbəti “2 aprel” baş versin. Burda da bizim Rusiya ilə münasibətləri necə qurmağımızdan çox şey asılı olacaq...

- Ortada Azərbaycan xalqına elan olunmayan, gizli tutulan bir saziş layihəsi varmı?

- ...

(davamı gələn sayımızda)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda yaz fəsli olmayacaq? – Hazır olun, hava kəskin DƏYİŞİR
Bu gün, 08:06
ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb - WSJ
Bu gün, 08:04
Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... - İTTİHAM VAR...
Bu gün, 07:58
"Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda heyfsilənirəm" - Nura Suri
Bu gün, 07:54
NHMT sədri AzəriQaz şefinə SƏSLƏNDİ - "450 manat əməkhaqqı alan bir işçini..."
Bu gün, 07:43
"Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik" - MALƏSƏF...
Bu gün, 07:35
Hər addımda problem yaradırlar... - BU DA FAKT...
Bu gün, 07:28
Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... - AÇIQLAMA
Bu gün, 07:24
Almaniyada SABİRANƏ İSTƏK... - "Harda müsəlman görürəm..."
Bu gün, 07:20
"Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." - ETİRAZ
Bu gün, 07:17
ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb - SEPAH
Bu gün, 07:08
Direktor məktəbi şəxsi təsərrüfatına çevirib - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Həmkarların sanatoriyalarında nə baş verir? - Boş otaqlar, amma "yerimiz yoxdur" cavabları...
Bu gün, 06:55
SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır - ŞƏRH
Bu gün, 06:46
“Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” - Vüqar Orucdan sərt reaksiya
Bu gün, 06:45
Bazarlarda niyə yerli mal tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:42
10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... - ARAŞDIRMA
Bu gün, 06:41
"Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" - ÇÜNKİ...
Bu gün, 06:39
Ermənistanda seçki mübarizəsi... - Görünəni odur ki...
Bu gün, 06:35
Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? - GƏLİŞMƏ
Bu gün, 06:33
Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq - Xəbərdarlıq edildi
Bu gün, 06:31
Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır - deputat
Bu gün, 06:29
Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı - Səbəb
Bu gün, 06:27
“Ona bir şey olsa, yaşamaram” - Əməkdar artist
Bu gün, 06:24
ABŞ Hörmüz boğazında blokadanı davam etdirir
Bu gün, 06:22
Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ - AKTUAL
Bu gün, 06:20
ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir - “The Wall Street Journal”
Bu gün, 06:18
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31
FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18
“Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12
Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17
Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01
“Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Dünən, 17:59
AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Dünən, 17:56
Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Dünən, 17:47
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dünən, 17:42
"Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Dünən, 17:39
2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Dünən, 17:34
Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Dünən, 17:26
Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Dünən, 17:11
Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Dünən, 17:05
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Dünən, 17:03
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Dünən, 16:58
Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Dünən, 16:46
"Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Dünən, 16:42
“Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Dünən, 16:35
Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Dünən, 16:33
Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Dünən, 16:27
Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Dünən, 16:25
"Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Dünən, 16:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru