Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmənin qapalı keçirilməsinə qərar verilib .....                     Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır... .....                     BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb .....                     Separatizmlə mübarizədə çox vacib addım .....                     Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri .....                     Miri Yusifi bir də belə görün .....                     Son 15 ildə SOCAR-da 31,5 min nəfər ixtisara düşüb .....                     İrəvandan Ağrı dağı ilə bağlı açıqlama .....                     Valideynlər direktora qarşı: DAVA AÇILDI... .....                     Yağışlı hava davam edəcək... .....                     Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi .....                     “Qarabağda yaşayan ermənilər potensial təhlükədir” .....                     “Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi .....                     Çarəsizlikdən doğan ironiya .....                     Qobuda SİRLİ TORPAQ... .....                     “Problemin kökündə Elm və Təhsil Nazirliyi durur, aşağı saatlar bazara çıxarılmamalıdır” .....                     Britaniya və Azərbaycanın strateji tərəfdaşlığı təsdiqləndi: bu, ölkələrə nə verəcək? .....                     "Azərbaycanda dövlət qurumlarının adı var, işi yoxdur” .....                     “Bu maaşa onu almaq olur ki?” .....                     “Onsuz da xalq Ceyhun Əsgərovun vəziyyətini əvvəldən bilirdi, paylaşımlar bir növ reklamımız oldu” .....                     Məhəmməd Mirzəliyə hökm oxundu .....                     Məni “satqın” adlandırsalar da, bunu deməliyəm... .....                     “Qala Sığorta” səhmdarını gizlədir .....                     Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? .....                     Təkliflər şərtlər uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ .....                     Avtomobillər üçün vergi güzəşti .....                     “Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan” .....                     Putindən Kadırova .....                     Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlir .....                     Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın yeni görüntüləri yayıldı: "boyevik" imiş .....                     Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: .....                     Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb .....                     Pomidor oğurlamağa getdilər .....                     AZAL turizm gününə özəl endirim kampaniyası elan edir .....                     Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi .....                     “Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” .....                     Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır .....                     "Buna ər dayanar?" .....                     O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... .....                     Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir .....                 

Texniki Universitet NİYƏ ÖZBAŞINA BURAXILIB? - İLGİNC İTTİHAM
Tarix: 29-06-2022, 12:40 | Çap et
Texniki Universitet NİYƏ ÖZBAŞINA BURAXILIB?
DİA.AZ: - "Azərbaycan dramaturgiyasının əsasını qoyan böyük Mirzə Fətəli Axundov “Sərgüzəşti mərdi xəsis” (yəni “Xəsis kişinin sərgüzəştləri”, bizə bu komediya “Hacı Qara” adı ilə daha yaxşı tanışdır), “Sərgüzəşti vəziri xani Lənkəran” və digər komediyalarında dövrünün naqisliklərini gülüş yolu ilə tənqid edərək, aradan qaldırmağa cəhd edirdi. O vaxtdan 200 il ötsə də, bu gün də ətrafımızda komediyaya bənzər sərgüzəştlər baş verməkdədir. Bu sərgüzəştlər vəzifəli şəxslərin “fəaliyyəti” ilə bağlı olduqda isə nəticəsi ətrafdakılar üçün daha acınacaqlı olur. Belə sərgüzəştlərdən biri Azərbaycan Texniki Universitetin rektoru Vilayət Vəliyevin vəzifə fəaliyyəti ilə bağlıdır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Əvvəli BURADA: Texniki Universitetdə NAQOLAY İŞLƏR... - İLGİNC İDDİALAR...

DİA.AZ müraciətin davamını təqdim edir: "Adətən, texnika sahəsində magistr dissertasiyaları 3 fəsildən, bəzən isə 4 fəsildən ibarət olur. Dissertasiyanın 1-ci fəslində tədqiq olunan mövzu ilə bağlı problemin müasir vəziyyəti, bu haqda aparılmış tədqiqatların vəziyyəti, çap olunmuş elmi işlər öyrənilir və dissertasiyada tədqiq ediləcək məsələlərin dairəsi müəyyən edilir və məqsədi qarşıya qoyulur. Sonrakı 1 və ya iki fəsil aparılacaq tədqiqatın metodikasına və s., eləcə də tədqiqatın özünə həsr edilir. Bundan sonra, ya həmin fəsildə, ya da ayrıca fəsildə alınmış nəticələr təqdim edilir. Rektorun verilən göstərişində deyilir ki, dissertasiya 5 magistrant arasında bölünəcək – guya ki, onlardan hər biri işin bir hissəsini yerinə yetirib və onları bir yerə toplayanda vahid dissertasiya alınacaq. Yəni tələbənin birinin dissertasiyasında 1-ci fəsil, digərində 2-ci, digərində 3-cü fəsil verilir. Müdafiə zamanı da onlardan hərəsi öz fəslini məruzə edir. Bəs fəsillərin sayı 5-dən az olarsa, onda necə? Onda bir fəsil bir neçə magistrant arasında bölünür. Texnika sahəsində magistr dissertasiyalarının həcmi adətən 60-125 səhifə civarında olur. İndi isə yeni göstəriş əsasında həmin həcm 5 yerə bölünərək, hər tələbənin dissertasiyası 15-25 səhifə həcmində cildlənir və bu natamam, yarımçıq materiala “dissertasiya” deyirlər. Yəni dissertasiyanın beşdə biri də hər biri bir dissertasiya hesab edilir. Bunların beşini bir yerə toplayanda isə bir normal dissertasiya olur, yəni indi dəbdə olan deyimlə desək, BEŞİ BİRİNDƏ DİSSERTASİYA! Sağlam təfəkkürlü insanın məntiqinə əsaslanaraq, demək olar ki, bunlar beşi birlikdə bir dissertasiya olduğundan, bunların bir yerdə toplanmışına da BİR MAGİSTR DİPLOMU verilməlidir, hər 15-25 səhifəlik yarımçıq material ayrıca dissertasiya deyil ki, onların hər birinə də bir diplom verilsin. İndi AzTU-da bəziləri tam ciddiyyətlə deyirlər ki, belə də olacaq, 5 nəfərə bir diplom veriləcək və orada 5 nəfərin adı yazılacaq. Bəs diplomu alan 5 nəfər həyatda bir-birindən ayrı düşdükdə bu MÜŞTƏRƏK DİPLOMDAN necə istifadə edəcəklər? Bax, budur problem! Bunu magistrantlar özləri düşünsünlər. Yəqin ki, bizim kommunikasiya vasitələri və internet dövründə bu, elə bir çətin iş olmaz. Gülməlidir? Həm də ağlamalıdır. Yəni tragikomediyadır (Sərgüzəşti Texniki Universiteti magistr dissertasiyası). Vilayət Vəliyev bu bədbəxt Azərbaycan Texniki Universitetinə rektor təyin ediləndən belə tragikomediyalar çox olub və bunların bəzilərini də biz ictimaiyyətin diqqətinə çatdırmışıq. Məlumdur ki, bütün magistr dissertasiyaları müdafiədən əvvəl antiplagiat kompyuter proqramı vasitəsilə oxşarlığa, digər dissertasiyalardan mənimsəmələrin olub-olmamasına yoxlanılırlar. Oxşarlıq 5%-dən artıq olarsa, dissertasiya müdafiəyə buraxılmır. Bəs hətta adları da eyni olan dissertasiyalarla antiplagiat yoxlaması necə olacaq? Yəqin ki, rektor V.Vəliyev öz “dərin iqtisadçı zəkası” ilə bu problemin də həllini tapacaq.
İndi isə məsələnin hüquqi tərəfinə baxaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.02.1997-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq olunmuş “Magistr hazırlığı haqqında” Əsasnamənin əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 aprel 1998-ci il tarixli 202 saylı Əmri ilə təsdiq edilmiş “Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları haqqında Əsasnamə”nin 3.1 bəndində yazılmışdır:
3.1. Magistrlik dissertasiyası elmi rəhbərin rəhbərliyi altında magistrantın MÜSTƏQİL yerinə yetirdiyi elmi-tədqiqat (yaradıcılıq) və ya təcrübi-konstruktor işidir.
Bəli, Əsasnamədə göstərildiyi kimi, magistrlik dissertasiyası magistrantın MÜSTƏQİL yerinə yetirdiyi elmi-tədqiqat (yaradıcılıq) və ya təcrübi-konstruktor işidir, daha hissə-hissə bölünmüş, QRUP HALINDA YOX. Bundan əlavə, burada dissertasiyadan söhbət gedir, dissertasiya isə TAMAMLANMIŞ elmi-tədqiqat işi olmalıdır, daha işin bir hissəsi yox.
Bundan əlavə başqa suallar da meydana gəlir. Məsələn, dissertasiya müdafiəsində həmin 5 nəfərin işi necə qiymətləndiriləcək, onlara necə qiymət veriləcək? Axı həmin 5 nəfərin hamısı bir səviyyədə ola bilməz. Bir nəfər işləyəcək, qalanları onun hesabına hazır iş müdafiə edəcək? Başqa suallar da yaranır, bunu çox uzatmaq olar, ancaq məsələnin absurdluğu göz qabağındadır.
Bir məsələni də qeyd edək. V.Vəliyev tez-tez təkrar edir ki, magistrantlar dissertasiya mövzusunu onların işlədikləri müəssisəyə uyğun, həmin müəssisənin problemlərini həll etmək istiqamətində götürsünlər. Gözəl fikirdir. Amma, bəlkə V.Vəliyev elə bilir ki, onun magistrantları Boeing, ya Microsoft şirkətində, ya da heç olmazsa, hansısa konstruktor bürosunda işləyirlər? Onun məlumu olsun ki, bizim tələbələrimizin əksəriyyəti çayxanada çay paylayan, şadlıq sarayında ofisiant, ya da haradasa gözətçi işləyirlər (onlardan çox-çox üzr istəyirik, tələbə üçün, tələbəlik dövründə bu ayıb deyil). Bundan əlavə, qanunla əyani şöbədə təhsil alan tələbə ümumiyyətlə işləməməlidir, əgər işləyirsə, bu, əlbəttə qeyri rəsmidir və onun öz işidir".

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmənin qapalı keçirilməsinə qərar verilib
Bu gün, 14:59
Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır... - "Bu nə deməkdir?"
Bu gün, 14:51
BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb - FOTO
Bu gün, 14:42
Separatizmlə mübarizədə çox vacib addım - MƏQALƏ
Bu gün, 14:40
Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri - İsrafil Kərimovun yazısı
Bu gün, 14:38
Miri Yusifi bir də belə görün - FOTO
Bu gün, 14:36
Son 15 ildə SOCAR-da 31,5 min nəfər ixtisara düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:03
İrəvandan Ağrı dağı ilə bağlı açıqlama
Bu gün, 13:00
Valideynlər direktora qarşı: DAVA AÇILDI... - QALMAQAL
Bu gün, 12:58
Yağışlı hava davam edəcək... - belə deyirlər...
Bu gün, 12:52
Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 12:50
“Qarabağda yaşayan ermənilər potensial təhlükədir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:44
“Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi - VİDEO
Bu gün, 12:41
Çarəsizlikdən doğan ironiya – erməni və rus mediası Azərbaycana qarşı sarkazm savaşı aparır
Bu gün, 12:33
Qobuda SİRLİ TORPAQ... - BU NƏDİ BELƏ?
Bu gün, 12:29
“Problemin kökündə Elm və Təhsil Nazirliyi durur, aşağı saatlar bazara çıxarılmamalıdır” - ŞƏRH
Bu gün, 12:19
Britaniya və Azərbaycanın strateji tərəfdaşlığı təsdiqləndi: bu, ölkələrə nə verəcək? - AKTUAL
Bu gün, 12:16
"Azərbaycanda dövlət qurumlarının adı var, işi yoxdur” - ETİRAZ
Bu gün, 12:14
“Bu maaşa onu almaq olur ki?” - məktəb bazarlığının bahalığından şikayətləndi
Bu gün, 12:12
“Onsuz da xalq Ceyhun Əsgərovun vəziyyətini əvvəldən bilirdi, paylaşımlar bir növ reklamımız oldu” - Reabilistasiya mərkəzinin rəhbəri
Bu gün, 12:09
Məhəmməd Mirzəliyə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 12:05
Məni “satqın” adlandırsalar da, bunu deməliyəm... - Paşinyan
Bu gün, 12:01
“Qala Sığorta” səhmdarını gizlədir - İcazə verin, şübhələnək...
Bu gün, 11:59
Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Bu gün, 11:55
Təkliflər şərtlər uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ - DETALLAR
Bu gün, 11:54
Avtomobillər üçün vergi güzəşti – Dövlət Proqramında nə yazılıb?
Bu gün, 11:51
“Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan”
Bu gün, 11:48
Putindən Kadırova QADAĞA
Bu gün, 11:45
Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlir - FOTO
Bu gün, 11:43
Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın yeni görüntüləri yayıldı: "boyevik" imiş - “Yatmış agent” versiyası
Bu gün, 11:38
Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: - Otağa girəndə küvəzdən alov qalxdığını gördüm
Bu gün, 11:34
Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb - Paşinyan
Bu gün, 11:31
Pomidor oğurlamağa getdilər - Diqqət çəkməmək üçün “166 yükdaşıma”dan istifadə etdilər
Bu gün, 11:11
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir - DİQQƏT...
Bu gün, 11:07
Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi - Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...
Bu gün, 11:02
“Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” - Ceyhun Əsgərov
Bu gün, 10:54
Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır - QİYMƏT
Bu gün, 10:52
"Buna ər dayanar?"
Bu gün, 10:46
O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... - BURASI NAXÇIVANDIR...
Bu gün, 10:38
Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir - GƏLİŞMƏ
Bu gün, 10:28
Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? - Video
Bu gün, 10:24
Türkiyənin də nüvə silahı olacaq - Poqosyan
Bu gün, 10:18
Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib
Bu gün, 10:14
Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərarı LƏĞV ETDİ
Bu gün, 10:05
Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı - DETALLAR
Bu gün, 10:04
İranın özbəöz türk Prezidenti... - TƏFƏRRÜAT
Bu gün, 10:01
“Allah kəssin, belə yaxşılığınızı…” - ETİRAZ
Bu gün, 09:58
Qalmaqallı qohumları yenidən həbs edildi - İSA ƏZİZOV BU DƏFƏ "SEE BREEZE"DƏ DAVA SALIB
Bu gün, 09:51
Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə 1,87 milyon ayrılıb
Bu gün, 09:43
İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 09:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru