Şəbnəm Tovuzlunun oğlu birinci oldu .....                     "Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" .....                     Nərimanov Tibb Mərkəzində təmir bitmir .....                     AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır .....                     Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib .....                     Qarabağda ermənilərin gizli silah anbarları var .....                     Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib .....                     Münsaibətlərdəki AĞRI... .....                     Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq .....                     Rəsulzadənin ifadəsi ilə desək... .....                     “Ermənistan belə müdaxilələrdən sığortalanmayıb” .....                     Geosiyasətin cinayət yolu... .....                     Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə .....                     İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur .....                     Hamı alır, amma risklərini bilmir .....                     Səlim bin Məhəmməd əl-Malik “Dostluq” ordeni ilə təltif edilib .....                     "İnsanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir" .....                     Deputat Naxçıvan taksilərinin Türkiyədə həbsdə saxlanılmasından danışdı: .....                     Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmənin qapalı keçirilməsinə qərar verilib .....                     Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır... .....                     BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb .....                     Separatizmlə mübarizədə çox vacib addım .....                     Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri .....                     Miri Yusifi bir də belə görün .....                     Son 15 ildə SOCAR-da 31,5 min nəfər ixtisara düşüb .....                     İrəvandan Ağrı dağı ilə bağlı açıqlama .....                     Valideynlər direktora qarşı: DAVA AÇILDI... .....                     Yağışlı hava davam edəcək... .....                     Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi .....                     “Qarabağda yaşayan ermənilər potensial təhlükədir” .....                     “Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi .....                     Çarəsizlikdən doğan ironiya .....                     Qobuda SİRLİ TORPAQ... .....                     “Problemin kökündə Elm və Təhsil Nazirliyi durur, aşağı saatlar bazara çıxarılmamalıdır” .....                     Britaniya və Azərbaycanın strateji tərəfdaşlığı təsdiqləndi: bu, ölkələrə nə verəcək? .....                     "Azərbaycanda dövlət qurumlarının adı var, işi yoxdur” .....                     “Bu maaşa onu almaq olur ki?” .....                     “Onsuz da xalq Ceyhun Əsgərovun vəziyyətini əvvəldən bilirdi, paylaşımlar bir növ reklamımız oldu” .....                     Məhəmməd Mirzəliyə hökm oxundu .....                     Məni “satqın” adlandırsalar da, bunu deməliyəm... .....                 

Respublika Dəri-Zöhrəvi Mərkəzi yoxlanılır - Xəstələr türkəçarə mütəxəssislərinə müraciət etsinlər
Tarix: 6-01-2023, 08:01 | Çap et
Respublika Dəri-Zöhrəvi Mərkəzi yoxlanılır
DİA.AZ: - "Son 2 ildə Respublika Dəri-Zöhrəvi Mərkəzinin həkimləri kimi, pasiyentləri də çətin vəziyyətlə üzləşiblər. Həkimlərə müəyyən məhdudiyyətlər tətbiq edildiyi kimi, xəstələrə də dərman və digər tibbi peraparatların yoxluğu bildirilir, onlara lazım olan dərmanları özlərinin almaları diqqətə çatdırılır. Həkim bunları xəstəyə deyəndə, təbii ki, xoş qarşılanmır. Halbuki, Respublika Dəri-Zöhrəvi Mərkəzini dərman peraparatı ilə TƏBİB təmin edir. Hərçənd, dövlətin verdiyi bir sıra bahalı dərmanlar qalsın bir yana, bəzi xəstəliklər üçün həkimlər ucuz dərmanlarla da təmin olunmurlar". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Aşağı-yuxarı baş həkimdən indi də ölkə rəhbərliyinə olunan şikayətlərin arası kəsilmir. Bu gün də işdən qanunsuz çıxarılan Nərmin Qəzənfərova baş həkimdən şikayətçidir. Artıq onun yazmadığı dövlət orqanı qalmayıb. Yəni, 2 il bundan əvvəl bu səhiyyə müəssisəsinə təyin olunan baş həkim tərəfindən "yeni qanunların tətbiqi"nə narazılıqlar hələ də səngimir. Qeyd edək ki, orada həkimlər əmin idilər: -yeni təyin olunacaq baş həkim ideal olmasa belə, yəqin keçmiş baş həkim qədər olar. O cümlədən, ağıla gəlməzdi ki, Respublika Dəri-Zöhrəvi Mərkəzinə heç kim yox, TƏBİB tərəfindən məhz Müşfiq Zeynalov baş həkim təyin olunar. O, da Mərkəzə baş həkim gələr-gəlməz başladı öz "qanunlarını" yeritməyə.

Müşfiq həkim qısa zamanda hər kəsə sübut etdi ki, sakit abu-havanı, yaxşı münasibətləri, pisə dəyişmək olar. Yəni, yarıtmaz və təmənnadan qaynaqlanan idarəçilik nəticəsində həkimlər Prezident Administrasiyasına, TƏBİB rəhbərliyinə şikayət edə bilərlər. Elə də oldu, bu şikayətlər səbəbindən TƏBİB orada artıq 2 dəfə yoxlama apardı və hazırda da yoxlama aparıldığı bildirilir. Hər dəfə yoxlamanın yekunu olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-də olan adamları hesabına Müşfiq Zeynalov "sudan quru" çıxa bilir, bu dəfə görək nə olacaq. Onun ilk baş həkim işlədiyi aylarda Milli Məclisin deputatı Azay Quliyevin qohumu Səbinə xanım və digər həkimlər Müşfiq Zeynalovun "idarəçiliyinə" etiraz əlaməti olaraq, ondan şikayət etmişdilər. Bütün şikayətlər ört-basdır ediləndən sonra baş həkimin özbaşınalıqlarına dözməyənlər özləri xəstəxananı tərk etdilər. Bu da baş həkimin işinə yaradı və mərkəzə yeni həkimləri işə götürməklə maddi imkanlarını genişləndirmiş oldu.

Hətta, narazılıqlar o həddə qədər yüksəldi ki, baş həkim bir sıra həkimlərlə gizlin danışıqlara getdi. Həmin arada Müşfiq Zeynalov qohum-əqrəbaya, dost-tanışa iş yeri təklif etmək üçün köhnə, peşəkar kadrları əsassız yerə işdən çıxarmaqla bezdirirdi, 65 yaşı tamam olan bir sıra həkimlərlə əmək müqaviləsini uzatmayıb, peşəkar həkimləri oradan uzaqlaşdırırdı. Bir az sonra tibb müəssisəsində həkimlərə "aylıq" tətbiq edildi. Bunu qəbul etməyənlər yenə şikayət etməyə başladı. Beləcə zaman ötdü və baş həkim TƏBİB-də özünə tərəfdarlar toplamağa başladı. İndi vəziyyət o həddədir ki, orada operator işləmiş Nərmin Qəzənfərovanın şikayəti baş həkim Müşfiq Zeynalovun xeyrinə həll edilir. Əlac qalır Azərbaycan Respubilkasının Maliyyə Nazirliyinə, onların nəzər yetirəcəkləri ştat vahidlərinə. Təxmin edilir ki, baş həkim Müşfiq Zeynalovdan soruşulsun: nədən il ərzində ştat vahidlərində dəyişiklik edilərək, 30 nəfərə yaxın şəxsi işə qəbul edib,bir o qədərdə işdən çıxartmısız? Respublika Dəri-Zöhrəvi Mərkəzində təsərrüfat işləri üzrə əlavə ştatların yaradılmasına nədən ehtiyac yaranıb, ora işçilər nə səbəbə qəbul edilib? Və yaxud Nərmin Qəzənfərova niyə operator vəzifəsindən azad edilərək, xadimə ştatına keçirilib və o da bununla razılaşmayıb, şikayət etməkdədir.

O cümlədən, Respublika Dəri-Zöhrəvi Mərkəzinin özəyini təşkil edən aptekdə vəziyyət necədir? Orada nə səbəbə ixtisaslı aptek müdiri vəzifəsindən kənarlaşdırılıb, farmatsiya üzrə işçi kimi saxlanılır, onun yerinə qeyri-rəsmi bu vəzifə Nigar Əliyeva adlı dəri-zöhrəvi həkiminə (kojviniroloq) həvalə olunub? TƏBİB-in bundan xəbəri varmı, icazə veribmi? Axı,aptek müdiri ştatında işləyən Səhiyyə Nazirliyinin keçirtdiyi sertifikasiya imtahanından keçən şəxs olmalıdır ki, o vəzifəni daşıya bilsin. Bir ildən artıqdır ki, Nigar Əliyeva adlı həkimin aptek müdirinin işini apardığına dair mərkəzdə söz-söhbətlər dolaşır. Buna kimi icazə verib, - deyə bir-birinə sual verənlər var. Çünki, mərkəzə pemfiqus dəri xəstəliyindən əziyyət çəkən pasiyentlər müraciət edir. Bu xəstəlik çox ağır dəri xəstəliyi hesab edilir. Belə xəstələrə 3-4 dəfə dərman verib, başdan eləmək həqiqətən yolverilməzdir. Hazırkı halda aptek müdirliyindən kənarlaşdırılan şəxsin, funksiyasını belə xəstələrə dərman verərkən əvəz etmək asandır ki? Təbii, bu suallar zaman keçdikcə aydınlaşacaq, sadəcə hazırkı çəkişmələr Respublika Dəri-Zöhrəvi Mərkəzinin iş ahəngini pozmaqda, xəstələrə çətinliklər yaratmaqda davam edir.

Qeyd edək ki, son vaxtlar ölkədə dəri-zöhrəvi xəstəliklərinə yoluxma halları da müəyyən qədər artıb. Halbuki, hər il dövlət büdcəsindən səhiyyə xərclərinin qarşılanması məqsədilə külli miqdarda vəsait ayrılır. Yəni, bu vəsaitlə səhiyyə sistemində mövcud olan bir çox problemləri həll etmək olar. Lakin reallıqda bunu heç də həmişə müşahidə edə bilmirik. Belə ki, bəzi vəzifə sahiblərinin işlərinə biganə münasibət sərgiləmələri, ayrılan vəsaitləri təyinatı üzrə xərcləməmələri bu sahədə ciddi geriləmələrə səbəb olur. O cümlədən, hazırda Respublika Dəri-Zöhrəvi Mərkəzinin fəaliyyəti də qətiyyən qənaətbəxş hesab edilmir.

Onu da xatırladaq ki, bir müddət əvvəl saytlarda yazılıb ki, mərkəzin baş həkimi Müşfiq Zeynalov ona tapşırılan işlərin öhdəsindən layiqincə gələ bilmir, gəlmək belə istəmir. Çünki TƏBİB-də olan himayədarlarına güvənərək, bildiyi qanun pozuntularına davamlı yer verir. Məlumatlarda bildirilir ki, bu gün dəri-zöhrəvi xəstəliklərin müalicəsində istifadə olunan dərmanlarla bağlı kifayət qədər ciddi problemlər var. O cümlədən, Respublika Dəri-Zöhrəvi Mərkəzində bu cür xəstəliklərə yoluxan şəxslərin müalicəsinə etinasız yanaşılır. Fikirləşən yoxdur ki, zöhrəvi xəstəliklərin hamısı insan həyatı üçün təhlükəlidir. Çünki bu cür xəstəliklər nəticəsində kişi və qadında sonsuzluq belə yaranır. Müşfiq Zeynalov isə ölkə üzrə cavabdeh olduğu çox vacib bir sahədə sabitlik yaratmaq istiqamətində iş aparmaqdansa, rəhbərlik etdiyi müəssisə daxilində intriqalar aparmağa üstünlük verir. Baş həkim bunu çox orijinal üsullarla edir. Məsələn, məlumdur ki, hər bir müalicə həkimi müəssisə daxilində özünə tibb bacısı seçmək hüququna malikdir. Amma bu hüquq Respublika Dəri-Zöhrəvi Mərkəzində işləmir. Burada bir sıra istisnalar olmaq şərti ilə həkimlərə tibb bacılarını baş həkim şəxsən özü təyin edir, burada da məqsəd həkimlərə “nəzarət” etməkdir. Baş həkim elə bir vəziyyət yaradılıb ki, bura müraciət edən pasiyent müayinədən və hətta həkimlə sadəcə söhbətdən sonra mütləq əlini cibinə salmalıdır. Buna görə də, Respublika Dəri-Zöhrəvi Mərkəzinə müraciət edən şəxslər çətin vəziyyətlə üzləşməli olur".

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəbnəm Tovuzlunun oğlu birinci oldu - Fotolar
Bu gün, 16:37
"Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" - deputat
Bu gün, 16:34
Nərimanov Tibb Mərkəzində təmir bitmir – 19 milyon hara gedib?
Bu gün, 16:14
AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır - FOTO
Bu gün, 16:05
Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib - “news.am”
Bu gün, 16:02
Qarabağda ermənilərin gizli silah anbarları var - ŞOK
Bu gün, 15:56
Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib
Bu gün, 15:53
Münsaibətlərdəki AĞRI... - Görünəni odur ki...
Bu gün, 15:44
Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq - TENDER KEÇİRİLİR
Bu gün, 15:42
Rəsulzadənin ifadəsi ilə desək... - Bakının azadlığı "başla bədəni birləşdirdi"
Bu gün, 15:37
“Ermənistan belə müdaxilələrdən sığortalanmayıb” - Qriqoryan
Bu gün, 15:34
Geosiyasətin cinayət yolu... - AKTUAL
Bu gün, 15:23
Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə - VİDEO
Bu gün, 15:19
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 15:16
Hamı alır, amma risklərini bilmir - “Kent” sodalarının TƏHLÜKƏSİ
Bu gün, 15:12
Səlim bin Məhəmməd əl-Malik “Dostluq” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:07
"İnsanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir" - ÇAĞIRIŞ
Bu gün, 15:05
Deputat Naxçıvan taksilərinin Türkiyədə həbsdə saxlanılmasından danışdı: - “Məsələnin həlli istiqamətində addımlar atılmalıdır”
Bu gün, 15:03
Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmənin qapalı keçirilməsinə qərar verilib
Bu gün, 14:59
Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır... - "Bu nə deməkdir?"
Bu gün, 14:51
BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb - FOTO
Bu gün, 14:42
Separatizmlə mübarizədə çox vacib addım - MƏQALƏ
Bu gün, 14:40
Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri - İsrafil Kərimovun yazısı
Bu gün, 14:38
Miri Yusifi bir də belə görün - FOTO
Bu gün, 14:36
Son 15 ildə SOCAR-da 31,5 min nəfər ixtisara düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:03
İrəvandan Ağrı dağı ilə bağlı açıqlama
Bu gün, 13:00
Valideynlər direktora qarşı: DAVA AÇILDI... - QALMAQAL
Bu gün, 12:58
Yağışlı hava davam edəcək... - belə deyirlər...
Bu gün, 12:52
Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 12:50
“Qarabağda yaşayan ermənilər potensial təhlükədir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:44
“Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi - VİDEO
Bu gün, 12:41
Çarəsizlikdən doğan ironiya – erməni və rus mediası Azərbaycana qarşı sarkazm savaşı aparır
Bu gün, 12:33
Qobuda SİRLİ TORPAQ... - BU NƏDİ BELƏ?
Bu gün, 12:29
“Problemin kökündə Elm və Təhsil Nazirliyi durur, aşağı saatlar bazara çıxarılmamalıdır” - ŞƏRH
Bu gün, 12:19
Britaniya və Azərbaycanın strateji tərəfdaşlığı təsdiqləndi: bu, ölkələrə nə verəcək? - AKTUAL
Bu gün, 12:16
"Azərbaycanda dövlət qurumlarının adı var, işi yoxdur” - ETİRAZ
Bu gün, 12:14
“Bu maaşa onu almaq olur ki?” - məktəb bazarlığının bahalığından şikayətləndi
Bu gün, 12:12
“Onsuz da xalq Ceyhun Əsgərovun vəziyyətini əvvəldən bilirdi, paylaşımlar bir növ reklamımız oldu” - Reabilistasiya mərkəzinin rəhbəri
Bu gün, 12:09
Məhəmməd Mirzəliyə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 12:05
Məni “satqın” adlandırsalar da, bunu deməliyəm... - Paşinyan
Bu gün, 12:01
“Qala Sığorta” səhmdarını gizlədir - İcazə verin, şübhələnək...
Bu gün, 11:59
Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Bu gün, 11:55
Təkliflər şərtlər uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ - DETALLAR
Bu gün, 11:54
Avtomobillər üçün vergi güzəşti – Dövlət Proqramında nə yazılıb?
Bu gün, 11:51
“Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan”
Bu gün, 11:48
Putindən Kadırova QADAĞA
Bu gün, 11:45
Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlir - FOTO
Bu gün, 11:43
Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın yeni görüntüləri yayıldı: "boyevik" imiş - “Yatmış agent” versiyası
Bu gün, 11:38
Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: - Otağa girəndə küvəzdən alov qalxdığını gördüm
Bu gün, 11:34
Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb - Paşinyan
Bu gün, 11:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru